Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəstə
Xəstəlik (lat. morbus) və ya Sayrılıq — morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulması. Xəstəlik xarici amillərin (fiziki, kimyəvi, bioloji, psixoken, sosial və s.) orqanizmə təsirindən törənir. Xəstəlik haqqında bir sıra fərziyyələr mövcuddur. Hippokrata görə xəstəlik orqanizmdə olan dörd əsas mayenin: qan, selik, sarı və qara (venoz qan) ödün qeyri-düzgün qarışığından əmələ gəlir. Müasir baxımdan xəstəlik əmələ gəlməsində bir sıra xarakterik xüsusiyyətlər mövcuddur: xarici (insanlar üçün, əsasən, sosioloji) və etioloji amillər, orqanizmin müdafiə qabiliyyəti (insanlarda psixoken amillər də böyük rol oynayır) və s. Xəstəlikdən təcrid olunmuş orqan və toxuma yoxdur. Hər hansı bir xəstəliyə bütün orqanizm qoşulur. Xəstəlik aşağıdakı mərhələlərlə keçir: gizli dövr (bu dövr bir neçə saniyədən bir neçə ilə qədər çəkə bilər) prodromal dövr (ilkin əlamətlərin əmələ gəldiyi dövr) tam inkişaf dövrü sağalma dövrü.Xəstəliyin təsnifatı onun gedişinin (kəskin və xronik xəstəlik) xarakteri ilə aydınlaşdırılır. Xəstəliyin müasir təsnifatını yaratmaq nəzəri və praktik tibbin mühüm məsələlərindəndir.
Xəstə Bayraməli
Xəstə Bayraməli (azərb. Xudiyev Bayraməli Abbasəli oğlu‎; 10 iyul 1899, Hüseynquluağalı, Yeni Bəyazid qəzası – 1952, Nərimanlı, Basarkeçər rayonu) — Azərbaycanlı şair. == Həyatı == Xəstə Bayraməli 10 iyul 1899-cu ildə Göyçə mahalının Nərimanlı kəndinə anadan olub. Çox erkən yaradıcılığa başlayıb. Sinəsində yeddi oğul dağı gəzdirən qeyri-adi həyatı, qısa, lakin mənalı ömrü taleyin amansızlıqları ilə üzləşib. Zəngin yaradıcılığı, epik-lirik poema səpgili hekayətləri, əruz vəznində yazdığı qəzəlləri, beşlikləri, doqquzluqları ilə Göyçə ədəbi mühitini aşıq relsindən çıxarıb və ona yeni bir ab-hava gətirib. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında möhtəşəm bir körpü salıb. O, çox nadir sənətkardır ki, qəzəllərini və hekayətlərini xanəndələr, sözlərinə yazılan bəstəkar mahnılarını müğənnilər, qoşmalarını, gəraylılarını, təcnislərini, müxəmməslərini, divanilərini aşıqlar oxuyur.Bir neçə mövzuda yazdığı silsilə şeirlərinə xanəndələrin, müğənnilərin ifasında yazılan audio-kassetlər bütün Şərq aləminə yayılıb. Şairin "Durnalar" şeirinə yazılan bəstəkar mahnısının çox maraqlı alınan klipi məzmununa görə böyük maraq doğurub. Onun Azərbaycanda, qardaş Türkiyədə və İranda dərc olunan kitabları milyonlarla poeziya həvəskarının stolüstü saxlancına dönüb.
Xəstə Qasım
Xəstə Qasım (1684, Tikmədaş, Şərqi Azərbaycan ostanı – 1760, Şamaxı) — XVIII əsr Azərbaycan aşığı. == Həyatı == Rəvayətlərə görə, Xəstə Qasım XVIII əsrdə Tehran-Təbriz yolunun kənarında Qarqalan dağının ətəyində yerləşən Tikmədaş kəndində dünyaya gəlib. Doğma kəndində molla məktəbini başa vurandan sonra dövrünün elm mərkəzlərindən olan Ərdəbildə təhsil alıb, Şeyx Səfi mədrəsəsində yaradıcılığa da elə o illərdə başlayıb. "Xəstə Qasımın Ərdəbil səfəri" dastanına görə, müəllimi ona nə qədər dərs öyrətsə də, Qasım başa düşmür, axırda müəllimi onun məktəbdən çıxaracağı ilə hədələyir. Qasımın əli hər yerdən üzülür. O gecə yuxuda Həzrəti Əlini görüb ondan badə alır, bir gecənin içində təriqətin ən yüksək qatlarına çatır. Xəstə Qasım sonralar 14 il müddətində Qum və Nəcəf şəhərlərində dini təhsil alır. Ömrünün 20 ildən çoxunu elmləri öyrənməyə sərf edir. Şeirlərindən bəlli olduğu kimi, Xəstə Qasım Qurani-Kərimi əzbərdən bilməklə yanaşı, müqəddəs kitabı avazla oxuyar, eyni zamanda mahir xəttat olduğuna görə öz xətti ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürərmiş. "Xəstə Qasım", "Biçarə Qasım", "Molla Qasım" təxəllüsləri ilə şeirlər yazan aşığın "Xəstə" təxəllüsünü götürməsi ilə bağlı da müxtəlif fikirlər söylənməkdədir.
Ruhi Bağdadi
Ruhi Bağdadi — şair. == Həyatı == XVI əsr şairlərindən biri olan Bağdadlı Ruhinin əsl adı Osmandır. Onun Sultan Qanuninin ordusunda Bağdada gedən anadolulu bir əsgərin oğlu olduğu məlumdur. Divanındakı şeirlərindən də özünün bir sipahi olduğu aydınlaşır. Ruhi Bağdadi təzkirəçi Əhdi, Füzulinin oğlu Fəzli, eləcə də başda Bağdad şairləri olmaqla övrünün bir çox dövlət xadimi, alim və şairi ilə dostluq və yoldaşlıq etmişdir. Onun yaradıcılığına Füzulinin böyük təsiri olmuşdur. == Yaradıcılığı == == Mənbə == Sosyal, Orhan, Eski Türk Edebiyatı Metinleri, Millî Eğitim Basımevi, İstanbul 2002.
Ruhi Tuna
Ruhi Tuna (23 dekabr 1965, Məlikan, Şərqi Azərbaycan ostanı – 30 oktyabr 2021, Toronto) ― azərbaycanlı heykəltaraş, rəssam. O, 7 il İranda həbsdə olduqdan sonra Türkiyəyə getmiş, 8 il burada fəaliyyət göstərdikdən sonra isə Kanadaya köçmüşdür. Bütün fəaliyyəti boyunca onlarla tarixi şəxsiyyətə həsr edilmiş yüzlərlə heykəl düzəldib. Təkcə Türkiyədə Atatürkə qoyulmuş 300-dən çox heykəl və büstün müəllifidir. == Haqqında == Ruhi Tuna 23 dekabr 1965-ci ildə Məlikkəndidə anadan olub. Kiçik yaşlarından rəssamlıqla məşğul olub. Azərbaycanın muxtariyyət istəyini simvollaşdıran bir karikatura çəkdiyi üçün həbs edilir. 7 il İran həbsxanalarında məhbus həyatı yaşayıb. İlk dəfə Qoşaçayda həbsdə olduğu müddətdə heykəltaraşlıqla məşğul olmağa başlayıb. Həbsdən çıxdıqdan sonra da heykəltaraş kimi fəaliyyətini davam etdirib.
Ruhi institutu
Ruhi İnstitut ruhani-mənəvi təhsil institutudur və onun təqdim etdiyi təhsil 50 il əvvəl Kolumbiyada bu ölkənin əhalisi üçün hazırlanmışdır. İnstitut ikili məqsəd daşıyır. Bu, bir tərəfdən cəmiyyətin rifahı və çiçəklənməsi, digər tərəfdən isə, kursu keçən insanlara bilik qazanmaqda, ruhani keyfiyyətlərini və qabiliyyətlərini inkişaf etdirməkdə, öz ətraflarına xidmət etmək bacarıqları əldə etməkdə onlara kömək etmək məqsididir. İlk silsilə kurslar 7 kitabdan ibarətdir Birinci kitab Ruhun həyatı haqqında düşüncələr adlanır. Bu kursda iştirakçılar ruhun təbiəti, insana bəxş edilmiş qabiliyyətlər, habelə gündəlik həyatlarında göstərə biləcəkləri məziyyətlər haqqında öyrənir, həyatın mənası, öz taleləri və həyat məqsədləri üzərində düşünür, dua və onun insan həyatında necə bir mühüm təsirə malik olması barədə öyrənirlər. Kursun gedişatı zamanı iştirakçılar aldıqları bilikləri praktikada tətbiq edir, bu bilikləri başqaları ilə bölüşür, dostları və yaxınları üçün həyatın ən müxtəlif hallarına aid dualar oxunan görüşlər keçirməyi öyrənirlər. İkinci kitab Bu kitabda iştirakçılar daha çox inam əldə edir, öz ətraflarını nəzərə almaqla xidmət mövzusunu daha dərindən öyrənir və öz biliklərini bölüşmək üçün ziyarətlər etmək qabiliyyəti əldə edirlər. Üçüncü kitab Bu kitab 5–7 yaşlı uşaqların ruhani tərbiyəsinə həsr olunmuşdur. İştirakçılar uşaqlar üçün sadə məşğələlər aparmağı öyrənir və ruhani keyfiyyətlərini inkişaf etdirməkdə onlara kömək edirlər. Dördüncü kitab Təlimləri ilə bəşəriyyətin həyatında yeni epoxanın əsasını qoyan iki xüsusi Şəxsiyyətin, Allahın Elçilərinin həyatı ilə tanış olur və Bu Günün(yeni vəhy dövrünün) əhəmiyyəti barədə anlayış əldə edirlər.
Ruhi xəstəxana
Ruhi xəstəxana — ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin saxlanıldığı və onların müalicəsi üçün nəzərdə tutulmuş xəstəxana. Baş verən ruhi-əsəb (depressiya, şizofreniya, bipolyar pozuntu və ağıl xəstəliyi) xəstəliklərinin növündən aslı olaraq ruhi xəstəxanaların təyinatı dəyişə bilər. Bəzi xəstəxanalar qısa müddətlik müalicə və reablitasiya xidmətləri üçün nəzərdə tutulsada, bir digər növ xəstəxanalarda isə ruhi xəstəliklərdən əziyyət çəkən şəxslər həyatlarının sonlarına kimi saxlanılırlar. == Tarixi == Ruhi xəstəxanaların tarixi şərq ölkələrindən başlanır. Ruhi xəstəxana tipli ilk mərkəz 705-ci ildə Bağdad şəhərində açılmışdır. VI Əməvi xəlifəsi I Vəlidin öndərliyi ilə açılan xəstəxana ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin bir yerdə toplanması və saxlanılması üçün nəzərdə tutulmuşdu. Növbəti bu tip xəstəxana da 800-cü ildə Qahirə şəhərində açılmışdır. 1270-ci ildə Dəməşq şəhərində isə ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin vəziyyətlərinin öyrənilməsi məqsədi ilə ilk institut yaradılır. Dəməşqdə açılan xəstəxana daxili imkanlarına görə əvvəlkilərə nisbətən daha böyük və geniş olmuşdur. Şərq tibb dünyasında ruhi xəstələrin meditasiya, musiqi terapiyası və dərmanlarla sağaldıda biləcəyinə inanılırdı.
Ruhi Çenet
Ruhi Çenet (20 oktyabr 1990, Aydın ili) — türk youtuber və aktyor. == Həyatı və karyerası == Ruhi Çenet 20 oktyabr 1990-cı ildə Türkiyənin Aydın şəhərində anadan olub. Təhsili üçün Hindistana gedib. Hindistandan universitet təhsilini tamamladıqdan sonra 2011-ci ildə Türkiyəyə gəlib. Türkiyəyə gəldikdən sonra YouTube platforması üçün videolar hazırlamağa başladı. 4 noyabr 2022-ci il tarixinə əsasən YouTube'da 6,56 milyon abunəçisi var. == Maraqlı videoları == === Ruhi Çenet Çində === 2019-cu ildə Çinin Uhan şəhərində ortaya çıxan koronavirus haqqında videoreportaj hazırlamaq üçün Ruhi Çenet 2 fevral 2020 tarixində Çinə getmişdir. Ruhi Çenet Çində olduğu müddətdə burdakı insanlardan reportaj götürmüş və pandemiya haqqında ətraflı məlumat əldə edə bilmişdir. === Ruhi Çenet Ermənistanda === Ruhi Çenet 11 fevral 2020 tarixində Ermənistana gedərək, burada Türklərə olan münasibət haqqında videoreportaj hazırlayır. O buradakı Ermənilərdən müsahibə götürüb, onlara bəzi suallar verib.
Ruhi Əliyeva
Ruhi Əliyeva(tam adı: Ruhiyyə Nəsrəddin qızı Əliyeva; 8 mart 1977, Tovuz) — Azərbaycanlı iş xanımı, TV aparıcı, prodüser. == Həyatı == Ruhiyyə (Ruhi) Əliyeva 1977-ci ilin 8 mart tarixində Azərbaycanın Tovuz şəhərində yerləşən Aşağıeyyublu kəndində dünyaya göz açıb. Ziyalı ailəsində doğulan Ruhi, 1983-cü ildə Tovuz şəhəri, adıçəkilən kənddə yerləşən 2 saylı tam orta məktəbə daxil olub. Orta məktəbi bitirib. === Şəxsi həyatı === Ailəlidir. İki övladı var. == Karyerası == Ruhi peşəkar səhnəyə 2007-ci ildə gəlib. Elə həmin ildə onun ilk mahnı və klipi işıq üzü görüb. 2009-ci ildə R.Əliyeva ilk və yeganə albomunu oxucu kütləsinə təqdim edir. Ramiz Rövşənin müəllifi olduğu “Mən sənsiz ölmədim” şeiri öncə mahnıya, ardınca klipə və sonra 12 musiqi parçasından ibarət diskə çevrilir.
Ruhi Ərsoy
Ruhi Ərsoy (2 dekabr 1972, Osmaniyə) — türk siyasətçisi, akademik, Milliyətçi Hərəkat Partiyasının (MHP) üzvü. == Həyat və fəaliyyəti == Ruhi Ərsoy 1972-ci il 2 dekabrda Osmaniyədə anadan olub.
Ruhi Sarıalp
Ruhi Sarıalp (türk. Ruhi Sarıalp) — Üç təkanla tullanmada yarışan türk atlet. O, Avropa Atletika Çempionatları və Olimpiya Oyunları tarixində medal qazanan ilk türk idmançıdır. Ruhi Sarıalp 1984-cü il Olimpiya Oyunlarında boksçu Eyüp Can bürünc medal qazanana qədər 36 il ərzində Türkiyə üçün olimpiadalarda güləşdən başqa medal qazanan yeganə idmançı olmuşdur. Bu Əşrəf Apakın 2004-cü ildə çəkic atmada bürünc medalına qədər 56 il ərzində qazanılan yeganə olimpiya medalı idi. Ruhi Sarıalpın 1950-ci ildə Brüsseldə qazandığı bürünc medal, 2002-ci ildə Süreyya Ayhanın 1500 metr qaçışda qızıl medal qazanmasına qədər 52 il Türkiyənin Avropa Atletika Çempionatında yeganə uğuru olaraq qalmışdı. == Həyati == Manisa Hərbi Liseyində atletika ilə məşğul olan Sarıalp daha sonra Fənərbaxçaya keçib. 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında üç təkanla tullanmada Türkiyəni təmsil edib və bürünc medal qazanıb. Bu medal Əşref Apak 2004 Yay Olimpiya Oyunlarında çəkic atmada bürünc medal qazanana qədər 56 il ərzində Türkiyənin atletika üzrə olimpiadalarda qazandığı yeganə medal idi. Sarıalp eyni uğuru 1950-ci ildə Brüsseldə keçirilən Avropa Atletika Çempionatında da göstərmişdi.
İngilis xəstə (film)
İngilis Xəstə 1992 də yayımlanmış olan Michael Ondaatje romanından uyğunlaşdırılmış Oskar mükafatlı bir film. Həmçinin, romanı da maraqlı qurğusunda ötəri Kanada da dövlət tərəfindən verilən əhəmiyyətli mükafatlar qazanmışdır. Film isə 1996-ci ildə viziona girmişdir. Filmin rejissorluğunu Anthony Minghella etmişdir. Film 1996-ci ildə ən yaxşı film də daxil olmaq üzrə 9 növdə Oskar mükafatı qazanmışdır.
Balaca, xəstə Vakx (Karavacco)
Xəstə Vakx — Karavacconun 1593-1594 illərdə şərab, bərəkət və teatr tanrısı Vakxı (Dionis) rəsm etdiyi əsər. == Tarixi == Əsər Karavacconun Romaya köçdüyü ilk illərdə rəsm edilmişdir. Bu zaman Karavacco Sezarilərin atelyesində çalışırdı. Dövrün mənbələrinə görə rəssam bu illərdə yoluxucu bir xəstəliyə tutulmuş və 6 ay Romadakı Mariya Della Konsolazione xəstəxanasında qalmışdır. 2009-cu ildə nəşr edilən "yoluxucu kliniki xəstəliklər" məqaləsində Karavacconun güman ki, malyariya xəstəliyinə yoluxması və dəri rənginin sarıya dönməsi barədə məlumatlar əks olunmuşdu. Xəstə Vakx Karavacconun digər əsərləri ("Meyvə səbətli oğlan") ilə birlikdə 1607-ci ildə Kardinal Borgeze tərəfindən sifariş əsasında çəkilmişdir. Əsər hal-hazırda Borgeze qalereyasında saxlanılmaqdadır. == Təsviri == 1593-1594-cü illərdə ərsəyə gətirdiyi ilk "Xəstə Vakx" adlı əsərdə rəssam Vakxın dərisini sarı və yaşıl tonlarda rəsm etmişdir. Bu nüans Vakxın xəstəliyinə diqqət çəkmək üçün idi. Vakxsın dəri rəngi əlində tutduğu üzüm salxımı ilə eyni tonlardadır.
İngilis xəstə (film, 1992)
İngilis Xəstə 1992 də yayımlanmış olan Michael Ondaatje romanından uyğunlaşdırılmış Oskar mükafatlı bir film. Həmçinin, romanı da maraqlı qurğusunda ötəri Kanada da dövlət tərəfindən verilən əhəmiyyətli mükafatlar qazanmışdır. Film isə 1996-ci ildə viziona girmişdir. Filmin rejissorluğunu Anthony Minghella etmişdir. Film 1996-ci ildə ən yaxşı film də daxil olmaq üzrə 9 növdə Oskar mükafatı qazanmışdır.
Dəstə
Dəstə (taksonomik kateqoriya)
JuHİ
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Ruzi
Ruzi Nəzər
Ruh
Ruh — dilimizdə vətəndaşlıq haqqı qazanmış "ruh" anlamının fərqli mənaları var. İnsanın qəlbi, canı, ruhu bizdə eyni sözlə ifadə olunur- "ruh". Məsələn, rus dilində "dux", "duşa" sözləri bu fərqli anlamı ortaya qoya bilir. Biz bunları birləşdirib ümumilikdə hər ikisinə "ruh" deyirik. == İslamda ruh barədə == Quranda belə bir ayə var: «Səndən ruh barədə soruşsalar, de ki, Rəbbimin işindəndir bu. Sizə elmdən az verilmiş» (İsra- «Gecə aparılma» surəsi, 85-ci ayə). İnsan öz təfəkkürünün məkana və zamana görə müəyyənləşən sərhədləri çərçivəsində Allahı dərk etməyə, Ona ibadətdə olmağa borcludur. O sərhədlərdən kənarda olan məfhumlar- təfəkkürə sığmaz məfhumlardır. Onlardan biri də ruhdur. Quranda bu barədə açıqlama da verilir.
Beşinci dəstə
Beşinci kolonna (isp. Quinta columna) — İspaniya vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya Krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. == Mənşəyi == "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. == Ədəbiyyatda == Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Dəstə (Ordubad)
Dəstə — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Toponimikası == Tədqiqatçıların fikrincə, oykonim fars dilindəki dəstə sözündən olub, "kənd, bağ, mülk" deməkdir. Kənd adını ərazidəki eyniadlı bulağın adından almışdır. Azərbaycan dilinin dialektlərində isə dəstəma/dəstəmal/dəsmal "su arxı", "su novu"deməkdir. == Tarixi == Dəstə kəndi Ordubadın inkişaf etmiş yaşayış yerlərindən biri idi. 1727-ci ilə aid Naxçıvan sancağının müfəssəl dəftərində Azadciran nahiyəsinə tabe olan kəndlər arasında 10763 ağça illik gəlir verən Dəstə kəndinin adı çəkilir.XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra yeni inzibati bölgüyə əsasən kənd Dəstə mahalının mərkəzi olur. Kəndin mərkəzində mövcud olmuş XVI-XVII əsrlərə aid məscidin kitabəsi dövrümüzədək gəlib çatmışdır. == Coğrafiyası və iqlimi == Kənd Vənəndçayın (Arazın qolu) mənsəbində, Zəngəzur silsiləsinin ətəyində, rayon mərkəzindən 12 km cənub-şərqdə, Ordubad-Naxçıvan avtombil yolunun kənarında, Arazın sol sahilində yerləşir. == Əhalisi == Kənd əhalisi 5000 nəfərdir (2016). === Tanınmış şəxsləri === Hüseyn Razi – şair, dramaturq, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR (1981) və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1984).
Dəstə düzü
Dəstə düzü — Ordubad rayonu ərazisində düzənlik. == Ümumi məlumat == Arazboyu düzənliklərdən biridir. Cənub-şərqdə Dəstə kəndindən başlayaraq Azadkənd kəndinin şimal kənarınadək 6 kilometr məsafədə uzanır. Zəif maili düzənlikdir. Vənənd və Düylün kəndlərinin gətirmə konuslarından təşkil olunmuşdur. == Bitki örtüyü == Bitki örtüyü əsasən gəvən, yovşan, gəngiz və s. ibarətdir. == Torpaq örtüyü == Dəstə düzündə yayılmış boz və çəmən-boz torpaqlarının xeyli hissəsinə Gilançaydan və Arazdan su çıxarılması burada bağçılığın və meyvəçiliyin inkişafına təkan vermişdir.
Dəstə mahalı
Dəstə mahalı — Naxçıvan xanlığının mahallarından biri. Naxçıvan xaniğı (1747- 1827-ci illər) mahallara bölünmüşdü və onun 9 mahahndan biri də Dəstə mahalı olmuşdur. Dəstə kəndi də bu mahalın mər- kəzi idi. Beləliklə 1747-1827-ci illərdə 80 il müddətinə Biləv eyniadlı mahalın mərkəzi olmuşdur. Mahallari xanın nüməyəndəsi - mirzəbəyilər (naiblər) idarə edirdilər. Onlar xanlığa sədaqətli, adətən Kəngərli tayfasından olan bəylərdən təyin olunurdular.
Milli Dəstə
Milli Dəstə — Azərbaycan milli futbol komandası, Azərbaycan futbol klublarını və digər idman növlərində yarışan yerli idmançıları Avropada dəstəkləyən azarkeş dəstəsidir. Bu dəstə Azərbaycanın bir başa Avropada təsis edilən ilk azarkeş dəstəsidir. == Yaranması == Milli Dəstə 1 Mart 2016-cı ildə Vüsal Əhmədov və Şamil Mustafayev tərəfindən Qərbi Avropada təsis edilmişdir. Kiçik bir müddət sonra Orxan Barini Milli Dəstənin idarə heyətinə cəlb olunmuş və media işləri ona həvalə olunmuşdur. == Məqsədi == Milli Dəstənin əsas məqsədi Avropada yaşayan və təhsil alan azərbaycanlıları müxtəlif idman müsabiqələrində bir ad altında birləşdirmək və istər Milli, istərsə də yerli komandaların oyunlarında onlara dəstək olmaqdır == Simvolu == Milli Dəstə simvol olaraq Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş sərkərdə - Babək Xürrəmini seçmişdir. == Loqo == Milli Dəstənin loqosunda Babək Xürrəmdin əks olunmuşdur. Babəyin örtüyündə olan mavi, qırmızı və yaşıl rənglər Azərbaycan bayrağını tərənnüm edir. Loqonun alt hissəsində isə dəstənin adı və yaranma ili qeyd olunmuşdur. == Özəllikləri == Milli Dəstənin özəlliyi müəyyən bir ölkədə fəaliyyət və ya dəstək göstərməsi deyil, bütöv Avropada fəaliyyətini nümayiş etdirməsidir.
Qüdrətli dəstə
Qüdrətli dəstə, Balakiryev dərnəyi, Yeni rus musiqi məktəbi (rus. Могучая кучка; Балакиревский кружок; Новая русская музыкальная школа) — rus bəstəkarlarının, 1850-ci illərin sonu 1860-cı illərin əvvəllərində, Sankt-Peterburqda formalaşmış yaradıcılıq birliyi. Bura Mili Aleksandroviç Balakiryev (1837—1910), Modest Petroviç Musorqski (1839—1881), Aleksandr Porfiryeviç Borodin (1833—1887), Nikolay Andreyeviç Rimski-Korsakov (1844—1908) və Sezar Antonoviç Küi (1835—1918) daxil idilər. Dərnəyin ideya müəllifi və əsas qeyri-musiqiçi məsləhətçisi ədəbi tənqidçi, ədib və arxivçi Vladimir Vasilyeviç Stasov (1824—1906) olmuşdur. "Qüdrətli dəstə" adı ilk dəfə Stasovun 1867-ci ildə yazdığı "Cənab Balakiryevin slavyan konserti" məqaləsində rast gəlinir. "Yeni rus musiqi məktəbi" adı isə dərnəyin öz üzvləri tərəfindən təklif edilmişdi. Onlar özlərini Mixail Qlinkanın davamçısı hesab edirdilər və öz məqsədlərini rus milli ideyasının musiqidə təcəssüm etdirilməsində görürdülər.
Dəcəl dəstə
== Məzmun == Uşaq filmi Bakının beynəlmiləl orta məktəblərindən birinin şagirdlərinin gündəlik qayğılarından danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Aleksandr Popov, Qəmər Salamzadə Ssenari müəllifi: Yuri Fidler Bəstəkar: M.Baxçisaraytsev Quruluşçu rəssam: Viktor Aden Rəssam: Qasım Səlimxanov Səs operatoru: M.Belausov Rejissor köməkçisi: Zeynəb Kazımova Mahnıların mətni: Rəsul Rza, Yuri Fidler === Rollarda === A.Varqanova — əlaçı Olya Murtuza Əhmədov — Heydər (Olyanın dostu) A.Bağırova — əlaçı Nina A.Mirzəyev — Yusif Leyla Bədirbəyli — Anna Pavlovna N.Antonov — Mişa Q.Molodtsov — Qrişa Ağasadıq Gəraybəyli — Yusifin atası Əzizə Məmmədova — Yusifin anası == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Cek Rubi
Cek Rubi (ing. Jacob Leon Rubenstein) — ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qatili Li Harvi Osvaldı qətlə yetirmiş polşa əsilli gecə klubu sahibi.
Cuhi Çavla
Cuhi Çavla (ing. Juhi Chawla, hind जूही चावला) — Hindistanın aktrisa və prodüseri. == Həyatı == Cuhi Çavla 13 noyabr 1967-ci ildə Hindistanın Pəncab ştatının Ludhiana şəhərində anadan olmuşdur. J. J. Montessori-Bombey məktəbini bitirmişdir. Onun uşaqlıqdan ən böyük arzusu aktrisa olmaq idi. 1984-cü ildə Cuhi "Miss Hindistan" titulunu qazanır və daha sonra "Dünya gözəli" yarışmasına qatılır və ən yaxşı kostyuma görə mükafat alır. Bir qədər keçmiş Cuhi Çavla model kimi çalışır və bir neçə filmdə çəkilməyə müvəffəq olur. Cuhi Çavla, Cay Mahta ilə ailə qurmuşdur. 21 fevral 2001-ci ildə qızı Canvi anadan olmuşdur. 2 il sonra – 21 iyul 2003-cü ildə Cuhi ikinci dəfə ana olur.
Dəştə (Sərdəşt)
Dəştə (fars. دشته‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (8 ailə).
Peste Noire
Peste Noire (ing. Peste Noire) - qrup adını qara ölümdən götürmüşdür. PN La sale Famine de Valfunde tərəfindən Avignon da 2000-ci ildə yaradılmışdır. Bu günə qədər bütün mahnılar (Folkfuck Folie albumundakı La Césarienne mahnısından başqa) La sale Famine tərəfindən yazılıb. Qrup standart blək metal elementləri ilə milli fransız instrumentləri qarışığı musiqi ifa edir. Qrupun hazırladığı musiqi çox vaxt melodik və kədərli olur, uzun müddətli mahnıların yazılması üçün xaotik və aqressiv səslərə ehtiyac duyulmaqdadır. Qrupun adlandırılması zamanı bəzən P.N. və yaxud K.P.N formalarından istifadə edilməkdədir.
Kufi xətti
Kufi xətti — Ərəb xətt növü. Kvadrat formada qədim ərəb hərfləri. == Tarixi == Kufi xətti – İslam dünyasının tanıdığı, qədim tarixə malik, ilk xətt növü kufi xətti VII əsrdə Hiyrə və Yəməndə meydana gəlmiş, sonralar ərəblərlə yanaşı iranlılar tərəfindən də geniş istifadə olunmağa başlanmışdır. Ərəb qrafikası ən qədim kufi xətti əsasında (adından bəlli olduğu kimi Kufə şəhərində) İmam Əli tərəfindən yaradılmışdır. İlk “Quran” nüsxələri də məhz bu xətlə yazılmışdır. Kufi xətti özü birinci minilliyin sonlarına doğru zəngin inkişaf yolu keçmiş və müxtəlif şəkillər qazanmış, nəhayət, müvafiq nöqtələr qəbul etməklə təkmilləşmiş, sonrakı dövrlərdə onun yalnız nöqtəli şəklindən istifadə olunmuşdur. VII-VIII əsrlərdə işlədilmiş və düz xətliliyi və bucaq xətləri ilə fərqlənən kufi şrifti islam aləmində yazının ən qədim və geniş yayılmış növü sayılır. Bu xəttin başqa bir şəkli kimi "çiçəkli kufi" diqqəti cəlb edir ki, həmin şriftlə yazarkən hərflərin cizgiləri stilizə edilmiş mürəkkəb nəbatat motivləri ilə müşayiət olunurdu. Bəzi tədqiqatçılar IX-X əsrlərdə daha altı kanonik xətt növünün işlənib-hazırlandığını göstərdikləri halda, Azərbaycan alimi Həsən Zərinəzadə hələ VIII əsrin ikinci yarısında kufi xəttinin 12 şəklinin olduğu haqqında məlumat verir: 1) Tümar - məscid və binaların kitabələrində istifadə edilmişdir; 2) Sicillat - sonralar xəfi adlanan cizgiləri dolaşıq xətt növünün yaranmasında istifadə edilmişdir; 3) Ühud - əmr və sərəncamların yazılışında istifadə edilmişdir; 4 - 5) Müamərat və əmanat - order və sənədlərdə işlədilirdi; 6-9) Dibac, mədih, mürəssə, riyaş - bədii əsərlərin köçürülməsi zamanı xəttatlıqda istifadə edilirdi; 10-12) Qübar, həsən və bəyaz - dini əsərlərin yazılışında istifadə edilmişdir. VIII əsrin sonlarında isə artıq 37 kufi xətti növü mövcud idi: cəlil, tümar, kufi, müamərat, qübar cilyə, müsəlsəl, civanihi, nəsəf, sülseyn, riyaşi, məcmu, müsahif, lölöyi, əşar, həvaşi, müqtərin, mənsur, müdmic, mühəddis, məmzuc, müqəvvid, məbsut, mürsəl, müxəffəf, müəlləq, ühud, qübar, müəlləf, fəssah, nimat, qirmə, divani, müxəllə, müəccəz, tuəman, siyaqət, müfəttə.
Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. == Həyatı == Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Kiyevin ruhu
Kiyevin kabusu (ukr. Привид Києва) — 24 fevral 2022-ci ildə Kiyev döyüşlərində Rusiyaya məxsus 6 döyüş təyyarəsini vuran ukraynalı hərbi pilota verilən ləqəb. Bu, böyük ehtimalla bir şəhər əfsanəsidir.MiQ-29 pilotu olan Kiyevin xəyaləti Rusiyanın Ukraynaya hücumunun ilk 30 saatında Kiyev üzərində 2 Su-35. 2 Su-25, 1 Su-27 və 1 MiQ-29 təyyarəsini vurmuşdur. Ukrayna Müdafiə Nazirliyi bildirmişdir ki, əgər bu hərbi pilot haqqında deyilənlər təsdiqlənsə, Kiyevin xəyaləti işğalda Ukrayna Silahlı Qüvvələrinin sıralarına vuruşan ən təcrübəli hərbi pilotlarından biri ola bilər. Ukraynanın eks-prezidenti Petro Poroşenko sonradan bir hərbi pilotun fotosunu paylaşaraq onun gerçək bir şəxsiyyət olduğunu qeyd etmişdir.
Ruha döyüşü
Ruha döyüşü — 1480-ci ildə Ruha şəhərini işğal etmək üçün Ağqoyunlular üzərinə hücuma keçən Məmlük ordusu və Ağqoyunlu ordusu arasında baş vermiş döyüşdür. Döyüşdə Məmlük ordusu ağır məğlubiyyətə uğradıldı. == Tarixi == Sultan Yaqub dövründə Ağqoyunluların ən böyük xarici təhlükələrindən biri də Məmlük dövləti idi. Məmlük sultanı Qayıtbəy Uzun Həsənin ölümündən istifadə edərək, Əmir Yaşbəyin başçılığı ilə 100 minlik ordunu Urfanı tutmaq üçün göndərdi. Əmir Yaşbəy 1480-ci ildə Fəratı keçərək Urfanın mühasirəsinə başladı. Qala komandanı Əmirzadə Qütbəddin Bektaş qalanın müdafiə etməyə başladı. Bu xəbər Sultan Yaquba çatdıqda Bayandur bəy, Süleyman bəy Bicanoğlu və Xəlil bəy Bektaşın başçılığı ilə Urfanın müdafiəsi üçün qoşun göndərdi.Ağqoyunlu qüvvələrinin şəhərə yaxınlaşmasından xəbər tutan Məmlük sərkərdələri Əmir Yaşbəyə geri çəkilməli olduqlarının daha doğru olduğunu desələr də, Əmir qoşunu geri çəkmədi. Beləliklə Urfa yaxınlığında iki ordu qarşılaşdı. Məmlük ordusunun sağ tərəfinə Dəməşq hakimi Qansu Yəhyavi, sol tərəfinə Hələb hakimi Özdəmir, mərkəzinə isə Yaşbəy başçılıq edirdilər. Döyüşün sonunda Məmlük qüvvələri ağır məğlubiyyətə uğradılaraq, darmadağın edildilər.
Ruhid İslamlı
Ruhid Uğur oğlu İslamlı (1 aprel 1999; Çeşman, Lerik, Azərbaycan — 6 oktyabr 2020; Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruhid İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində anadan olub. Ailədə 4 nəfər olmaqla, 1 bacı və 1 qardaş böyüyüblər. 2000-ci ildə ailə Bakıya köçüb. Ruhid 4 yaşından bağçaya, 2005-ci ildən isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə gedib. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 №-li məktəbdə təhsilini davam etdirib. Təhsil aldığı müddətdə hələ kiçik yaşlarından Ruhid cüdo, cuicutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və digər idman növləri ilə məşğul olub, yarışlarda iştirak edib. Regional və Respublika səviyyəli rəsmi dövlət yarışlarına qatılıb, 1 və 2-ci yerləri qazanıb. Həmçinin məktəb fəaliyyəti dövründə də intellektual yarışlara, viktorinalara, olimpiadalara qatılıb, özü də bir sıra yarışlar, flaşmoblar və s. təşkil edib.
Ruhin Qəhrəmanov
Ruhin Əşrəf oğlu Qəhrəmanov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Əslən Cəbrayıl rayonundan olan Ruhin Qəhrəmanov 1994-cü ilin 10 oktyabr günündə anadan olub. == Hərbi xidməti == Əsgər Ruhin Qəhrəmanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Ruhin Qəhrəmanov Biləsuvar rayonunda yerləşən "2 saylı məcburi köçkün" məzarlığında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Qəhrəmanov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Ruhin Qəhrəmanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
Rumi Utsuqi
Rumi Utsuqi (d. 5 dekabr 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 111 oyun keçirib, 6 qol vurub.
Rumi təqvim
Rumi təqvim (türk. Rumi takvim) — təqvim, Osmanlı İmperiyasında 1840-cı ildən başlamaqla istifadə edilmiş və Türkiyə Respublikası zamanına — 1926-cı ilə qədər, istifadəsi davam etmiş rəsmi təqvim. == Tarixi == Osmanlı İmperiyasında 1839-cu ilə —Tənzimat dövrünə, qədər bütün islam ölkələrində olduğu kimi rəsmi təqvim Hicri-qəməri təqvimi idi. Hicri-qəməri təqvimin isə 33 ili təxminən 32 tropik ilə bərabərdir. Ay səhifələrinin dəyişməsinə əsaslanan Hicri-qəməri təqvim ili tropik ildən təx. 11 gün qısa olduğuna görə onda fəsillər daima yerlərini dəyişir. Məsələn, Hicri-qəməri təqvimin ayı həm qış fəslinə və həm də yay fəslinə təsəadüf edə bilər; başqa sözlə, haçansa qış fəslinə təsadüf edən Hicri-qəməri təqviminin ayı, 15-16 il sonra yay fəslinə təsadüf etməlidir. Bu hal isə Osmanlı İmperiyasında mövsümü işlərin planlaşdırılmasında və icrasında, o cümlədən, məhsula görə vergilərin toplanmasında və hesalanmasında çətinliklər yaradırdı. Hələ 1677-ci ildə Sultan IV Mehmedin baş xəzinədarı Həsən paşanın təşəbbüsü ilə Hicri-qəməri təqvimin hər 33 ilində günəş təqviminə nisbətən yaranan 1 artıq ili atmaq yolu ilə maliyyə sənədlərini qaydaya salmağa başlamışdılar. 1740-ci ildə - I Mahmudun hakimiyyəti dövründə isə xəzinədar Atıf əfəndinin təklifi ilə maliyyə ilinin 1-ci ayı kimi Hicri-qəməri təqviminin məhərrəm ayı əvəzinə Yuli təqviminin mart ayı əsas götürüldü və vergilər də bu aydan başlayan dövrülük əsasında toplandı.